ürkiyənin ən məşhur hərbi xəstəxanası sayılan Ankara Gülhane Hərbi Tibb Akademiyasının (GATA) 100 hərbçisi haqqında həbs-qətimkan tədbiri çıxarılması barədə qərar verilib.
FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatlar çərçivəsində akademiyanın 100 hərbçi əməkdaş barədə saxlanma hökmü çıxarılıb. Saxlanılan şəxslərin hərbi çevrilişə cəhddə ittiham edilir.
Qeyd edək ki, bundan öncə də GATA-nın komandiri, general Gürsəl Öztürk haqqında da FETÖ əməliyyatları çərçivəsində həbs-qətimkan tədbiri seçilmişdi.