Nurəddin Orduxanlı:”Əli Kərimlidən istifadə edib, mesajlarını çatdırırlar”

0
6

BAXCP: “Beynəlxalq təşkilatlar agentdirlər”

Nurəddin Orduxanlı:”Əli Kərimlidən istifadə edib, mesajlarını çatdırırlar”

“Beynəlxalq təşkilatların və xarici ölkə rəsmilərinin, diplomatlarının Azərbaycanın siyasi partiya, QHT və media rəhbərləri ilə gizli görüş keçirməsi nə dərəcədə qanuna uyğun ola bilər?“.

Bu fikirləri mətbuata BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı bildirib.

Onun sözlərinə görə, bu cür görüşlər bütün diplomatik normaları pozur:

”Onların bu cür gizli görüşlər keçirməsi həmin qurumların Azərbaycana yönəlik siyasətlərini göstərir. Xüsüsən bu görüşləri Əli Kərimli ilə aparırlar və ona tapşırıqlar verirlər. Onun vasitəsi ilə Azərbaycan hakimiyyətinə və Azərbaycan dövlətinə olan münasibətini ortaya qoyurlar. Bir sözlə, Əli Kərimlidən istifadə edib, mesajlarını çatdırırlar. Qərbin nəinki Azərbaycanda, bütün dünyada “demokratik dəyərləri yaymaq” adı ilə fəaliyyət göstərdiyi beynəlxalq təşkilatları həmin ölkələrdə kəşfiyyat xarakterli işlərlə məşğul olurlar. Diplomatik korpusda da “diplomat” adı ilə çalışan kəşfiyyatçılar olur. Öz ölkələrinə məlumat çatdırmaqla məşğul olurlar. Buna ABŞ hər il milyonlarla dollar xərcləyir. Həm də əsas fəaliyyətləri həmin ölkələrdə özlərinin ələ aldıqları şəxslər vasitəsi ilə siyasətlərini elan etməkdir”.

LEAVE A REPLY