Rusiya iqtisadiyyatı sürətlə zəifləyir

0
5

Rubl əvvəlki kimi təzyiq altındadır. 1 dollar 67 rubl səvəyyəsindən aşağı düşmür.

Forex Club-un eksperti İrina Roqova hesab edir ki, “Brent” marklı neftin qiymət artsa, həftə ərzində dollar 65 rubla düşə bilər. Çünki neftin qiyməti yenə də əsas katalizator rolunu oynayır.

“Gələcəkdə isə rus rublunun ucuzlaşmasının yeni dalğasınn gələcəyi istisna edilmir. Bir tərəfdən “Brent” markalı neftin 40 dollara qədər ucuzlaşması üçün kifayət qədər əsas var. Bundan əlavə, Rusiya şirkətlərinin divident ödənişləri demək olar başa çatıb və yaxın vaxtda xarici səhmdarların rublun valyutaya konvertasiyasına başlayacağı ehtimalı yüksəkdir. Həmçinin ABŞ statistikasının təsir ehtimalını da istisna etmık olmaz: əgər əmək bazarının göstəriciləri çox güclü olsa, dollar bazarın bütün spektrində güclənəcək”, – deyə Roqova qeyd edib.

Beləliklə həftənin sonuna dolların 68-68,70 rubl olacağı istisna edilmir(azadlıq.info).