6 yaşlı qızı döyərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

0
7

Daxili İşlər Nazirliyi (DİN) Xırdalanda 6 yaşlı qızın öldürülməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Məlumatda bildirilir ki, iyulun 29-da Xırdalan şəhərindəki evlərdən birində kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva DİN-in “102 Zəng Mərkəzi”nə zəng edərək şəhər ərazisində qızı, 6 yaşlı Ramilənin müəyyən edilməmiş avtomobillə vurulması və onun ölməsi barədə məlumat verib.

Meyitin müayinəsi zamanı uşağın avtomobillə vurulması deyil, onun zorakılıq əlamətləri nəticəsində öldürülməsi müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Abşeron Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində uşağı döyərək öldürməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Elnar Hacıyev tutulub.