Bilik günü…

0
7

Qüdrət Əzizov

Bilik günü…

Bilik günü—Azərbaycanda məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.
Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir. Bu haqda Hz. Məhəmməd Peyğəmbərin (s.) və onun bir çox səhabələrinin hikmətli sözləri və hədisləri vardır. İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən “Mənə bir hərf öyrədənin köləsi olaram” demişdi.
Elə bu səbəbdəndir ki, birincilər böyük həvəslə məktəbə yollanır. Kimisi ağlayır, kimisi sevinir, kimisi ata-anasından ayrılmaq istəmir. Bu mənzərə hamımıza çox yaxşı tanışdır.
Məktəbə ilk qədəmini atan uşaqların gələcək taleyi isə müəllimlərdən asılı olur. Müəllimələr həmin uşaqların ikinci anasıdır desək, daha uyğun olardı. Çünki əllərindən tutub ilk hərf yazmağı, Ana kəlməsini yazdıran həmin müəllimlərdir.
Əllərindən gəldikləri qədər elmin butun sirlərini uşaqlara aşılayırlar ki, gələcəkdə onlar savadlı, cəmiyyətə faydalı bir şəxsiyyət kimi formalaşsınlar. Bəzi müəllimlərin müəllimlik adını ucuz etməsi bizi hədsiz ağrıdır.
Bir tərəfdə məktəb həyatına qədəm qoyan şagirdlər, digər tərəfdə isə 11-cilər. Onlar da Ali təhsil müəssisələrinə qəbul olmaq ücün daha çox calışırlar. Amma çox təəssüf ki, bu gün məktəbdə yuxarı siniflərə verilən təhsil qənaətbəxş deyil. Bu səbəbdəndir ki, 11-cillər məktəbə laqeyd yanaşır, demək olar ki, məktəbə gün keçirmək üçün gedirlər. Butun bunlar şagirdləri repetitor təhsilindən asılı hala salır.

Bunların qarşısını bir az da olsun almaq üçün, müəllimləri hər il müvafiq imtahanlardan kecirmək lazımdı. Repetitor təhsilinə məhdudiyyət qoyularsa, bu da təhsilin keyfiyyətinin artırılmasına yardım edər. Burada bəzi müəllimlərin də səhlənkarlıqlarını qeyd etməsək olmaz. Dərs deməkdən yayınırlar, qiyməti nəyinsə müqabilində yazırlar.
Məktəblərdə öz başına yığılan pullar isə bütün valideynlərin narazı olduğu məsələdir. Fond pulu, süpürgə pulu, test pulu adı altında uşaqlardan qeyri-qanuni vəsait toplanır. Dövlət tərəfindən də bu sahədə tədbir görülməyə çalışılsa da, təəssüf ki qarşısını almaq mümkün olmur. Müəllimlər isə buna onları “yuxarı”dan məcbur etdiklərini söyləyirlər. “Yuxarı”nın əməllərinə son vermək isə cox təəssüf ki, mümkün olmayıb.
Digər bir tərəfdən əsas məsələ isə şagirdlərə satılan məktəbli formasıdır ki, hər bir ailənin onu almağa imkanı yoxdur. Ölkədə orta aylıq əmək haqqını nəzərə alsaq və orta hesabla ailədə 2 uşaq məktəbdə oxuyursa, ailənin həmin formaları almağa imkanı catmır. Formaların qiyməti hər bir ailənin ala biləcəyi qiymətə salınarsa problem az da olsa həll oluna bilər. Bir tərəfdən bu formaların yaxşı cəhəti odur ki, şagirdlər bir-birindən fərqlənmir, hamı eyni formada olur. Ona görə qiymətlərin daha münasib olması mütləqdir.
Ali təhsil müəssisələrində isə demək olar ki, vəziyyət daha ağırdır. Rüşvətxorluqdan savayı müəllim-tələbə münasibəti belə qalmayıb. Bəzi ali təhsil müəssisələrində açıq-aşkar “bazar” qurulub desək yanılmarıq. Təhsil verməkdən müəllimlər imtina edir, ancaq semestrlər yaxınlaşan kimi şagirdlərin “dəri”sini soyurlar. Öz haqqını tələb etmək istəyən tələbəni isə elə bir vəziyyətə salırlar ki, ikinci dəfə başqa bir tələbə cəhd edib hec bir söz deyə bilmir. Özəl ali təhsil müəssisələrində isə illik təhsil haqqının çox olması təhsilimizdə ən böyük problemlərdən biridir. Alınan illik haqqın qarşılığında verilən təhsil isə kafidir. Ona görə də gənclər xarici ölkələrdə təhsil almağı üstün tuturlar.
Digər rüsvayedici hal isə TQDK-nın kecirdiyi ali təhsil müəssisələrinə müsabiqədə şagirdlər çoxu 100 balı belə yığa bilmədilər, bu isə ölkədə təhsilin çox aşağı səviyyədə olmasının bariz nümunəsidir. Hər bir şey məktəbdən başlayır. Təməl güclü olsa əgər onu daha da möhkəmləndirmək olar. Bugünün gənclərinin gələcəkdə bu cür hadisələrlə qarşılaşmaması isə həmin müəllimlərdən asılıdır. Gəlin, müəllim adını ləkələməyək. Şagirdlərinizi öz övladlarınız kimi sevərək bilikləndirin. Bu inkişaf etmiş, güclü Azərbaycanın yeganə yoludur.
Oxumaqdan, nəyisə öyrənməkdən cəkinməyək. Daim axtaraq, öyrənək və öyrədək ki, cəmiyyətdə layiqli mövqe tutaq.
Hər bir şey biz gənclərdən asılıdır və daim ölkəni irəliə aparan gənclər olub. Calışaq ki, bütün bu neqativ hadisələrin qarşısını alaq və gəncliyin bunu edəcək potensiala malik olduğunu sübut edək.

LEAVE A REPLY