Ərdoğan Türkiyə Silahlı Qüvvələrində hansı dəyişikliklərin olacağını açıqladı

0
5

“Dünyanın heç bir yerində demokratiya uğrunda belə mübarizə aparan ölkə tanımadım. Həmin axşam 4 televiziya kanalı ilə mobil telefonla əlaqə saxladım. Telekanallar vasitəsilə bütün vətəndaşları meydanlara, hava limanlarına dəvət etməyimizlə xalqımız meydanlara axın-axın yürüş edərək demokratiya mücadiləsinə verəcək igidlərinin olduğunu göstərdi.”

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “A Haber” telekanalına müsahibəsində deyib.

“Şəhid xəbəri gələndə daha çox duyğulandım. Şəhidlər zirvəsi boş deyil. Bu millət bir daha bunu sübuta yetirdi” – deyə dövlət başçısı əlavə edib.

Bir sıra dövlət başçılarının onunla telefon vasitəsilə əlaqə saxladıqlarını bildirən dövlət başçısı bəzi ölkələri Türkiyəyə münasibətdə qeyri-səmimilikdə ittiham edib.

Ərdoğan bildirib ki, ABŞ-ın Türkiyəyə bu ölkədə cəza çəkən hər hansı terrorçunun ekstradisiyası ilə bağlı mütraciətinə müsbət cavab verilib. Lakin buna baxmayaraq Türkiyədə dövlət çevrilişinə cəhdin arxasında dayanan Gətullah Gülən ABŞ-da azadlıqdadır.

“Dövlət çevrilişinə cəhdlə bağlı 10 min 137 nəfər həbs edilib. Şəhidlərimizin sayı 237 nəfər, yaralılarımızın sayı 2191 nəfərdir. Allah yaralılarımıza şəfa versin” – deyən prezident dövlət çevrilişinə cəhddə iştirak etmiş şəxslərin hüquqi müstəvidə cəzalandırılacaqlarını bildirib.

Türkiyə prezidenti qeyd edib ki, Gülən tərəfdarları bir sıra dövlət orqanlarına nüfuz edə bilib. Məhz bu səbəbdən ayrı-ayrı dövlət qurumlarında təmizlənmələr davam edəcək.

Ərdoğan PKK-nın, PYD-nin İŞİD-lə əlaqədə olduğunu vurğulayaraq hər üç terror qurumunun müştərək fəaliyyət göstərdiyini qeyd edib.

Dövlət başçısı bildirib ki, Türkiyədəki bütün hərbi məktəblər bağlanacaq. Bununla bağlı xüsusi Milli Müdafiə Universiteti yaradılacaq. Həmin məktəbin nəzdindəQuru Qoşunları Akademiyası, Hərbi-Hava Akademiyası və Dəniz Akademiyasıfəaliyyətə başlayacaq.

Məktəblərin hamısı Milli Təhsil Nazirliyinə tabe olacaq.

Ərdoğanın sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri Milli Müdafiə Nazirliyinin tabeliyinə keçiriləcək. Silahlı Qüvvələrin Baş Qərargahı isə təhlükəszilik orqanının rəhbərinə tabe olacaq.