Yerevanda ixtişaşlara görə165 nəfər saxlanılıb

0
5

Yerevanın Xorenatsı küçəsi və Sari Tah rayonunda ixtişaşlar nəticəsində 165 nəfər insan saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Ermənistan polisi açıqlama verib.

Daha əvvəl Ermənistanın Səhiyyə Nazirliyindən bildiriblər ki, iyulun 29-da Xorenatsı küçəsi və Sari Tah rayonunda ixtişaşlar nəticəsində 60 nəfər insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Trend-in News.am saytına istinadən verdiyi xəbərə görə, Ermənistan polisi müxalifətin nümayişinin dağıdılması zamanı xüsusi vasitələrdən istifadə edib. Xəsarət alanlar arasında jurnalistlər və 17 yaşlı oğlan var. Onun vəziyyətinin ağır olduğu bildirilir.