Türkiyədə daha 12 vəkil qiyama cəhd ittihamı ilə həbs edildi

0
5

Türkiyənin Konya şəhərində iyulun 15-dən 16-na keçən gecə hərbi çevrilişə cəhdlə bağlı saxlanılan 20 vəkildən 12-i artıq cəhddə iştirak ittihamı ilə həbs edilib.

Bu barədə Türkiyənin “Sabah” qəzeti xəbər verib. Digər saxlanılan vəkillərin ifadələri prokurorluqda alındıqdan sonra sərbəst buraxılıblar.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisə nəticəsində 237 nəfər həlak olub.