“Sən kimsən axı, həddini bil!” –Ərdoğandan generala sərt cavab (VİDEO)

0
5

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul dövlət çevrilişinə cəhd zamanı bombardman edilən Xüsusi Təyinatlı Dairə İdarəsini ziyarət edib.

Çıxışında xüsusi təyinatlı qüvvələrin 50 hərbçisinin həlak olduğunu xatırladan prezident ABŞ generalının tənqidlərini də cavabsız qoymayıb:

“İçimizdə xainlər ola bilər, əsla bizi qorxutmasın, qorxutmayacaq, demişdim. Bu xainlər xüsusi təyinatlı 50 hərbçimizi öldürdü. Onlar xəyanətləri ilə anılacaq, şəhidlərimiz isə unudulmayacaq. Dünya demokratiya növbəsini çəkənləri izləyir. ABŞ-da mühüm vəzifə tutan bir general həbsləri pisləyib. Sən kimsən?! Həddini bil! Sən bu dövlətə təşəkkür etmək əvəzinə, çevrilişi törədənlərin yanında yer alırsan. Onsuz da qiyamçı sənin ölkəndədir. Mənim millətimi əsla inandıra bilməyəcəksən. Bu açıqlamalarla özünüzü ifşa edirsiniz”.

Xatırladaq ki, ABŞ generalı Cozef Votel Türkiyədə baş verən həbslərə görə narahat olduğunu deyib(Axar.az).