İtaliyada “Skype” nikahı qanuni tanınıb

0
6

Roma Kassasiya Məhkəməsi (KM) “Skype” şəbəkəsi üzərindən italiyalı xanım və Pakistan vətəndaşı arasında qurulmuş nikahı etibarlı hesab edib. 

Bu barədə Trend “Corriere della Sera” qəzetinə istinadən xəbər verir.

“Skype” vasitəsi ilə nikah 2012-ci ildə qurulub. Amma o zaman İtaliyanın San-Covanni in Persiçetto şəhərinin (Bolonya yaxınlığında) hakimiyyəti belə nikahı rəsmən qeyd etməkdən imtina edib. KM-in qərarına əsasən, San-Covanni in Persiçetto şəhər hakimiyyəti bu “distansiyalı nikahı” rəsmiləşdirəcək.

Məhkəmə qərar verərək onu qeydə alıb ki, hər iki tərəf öz ölkələrində olmasına baxmayaraq, nikaha girən zaman öz istəklərini tam aydınlıqla ifadə ediblər.

Daha əvvəl belə “distansiyalı nikahı” İtaliyanın ilkin məhkəmə instansiyası və Appelyasiya məhkəməsi tanıyıb.