Mirvari Qəhrəmanlının kürəkənində ciddi xəstəlik aşkarlandı

0
2

Mirvari Qəhrəmanlının kürəkənində ciddi xəstəlik aşkarlandı

Azərbaycanı tərk edərək xarici ölkələrdən birinə gedən hüquq müdafiəçisi Mətanət Əzizovanın həyat yoldaşında ciddi xəstəlik aşkarlanıb.

Bu barədə M.Əzizovanın anası Mirvari Qəhrəmanlı deyib. Onun sözlərinə görə, Mətanət Əzizovanın həyat yoldaşı və oğlunun ölkəni tərk etməsinə qoyulan qadağa ilə bağlı verdikləri şikayət ərizəsinə növbəti baxış sentyabrın 22-də olacaq. “Mətanətin həyat yoldaşı ciddi xəstədir. Müalicə üçün İrana aparmaq istəyirik, ancaq sərhəddə yasaq qoyulub. Məhkəməni də qəsdən uzadırlar.Vaxtında ciddi müalicə götürməsə həyatı üçün təhlükə var”.

Müalicə ilə bağlı Baş Prokurorluğa hələlik müraciət etmədiyini deyən M.Qəhrəmanlı xəstəliyin dünən Neftçilər Xəstəxanasında müayinələr zamanı aşkarlandığını bildirb: “Öd kisəsindəki daşla əlaqədar cərrahiyyə əməliyyatı aparmaq istəyiblər. Qara ciyər və ödündə ciddi xəstəlik aşkar olunub.

LEAVE A REPLY