FETÖ üzvləri bu ölkədə toplanmağa başladı – Şok iddia

0
5

Türkiyədə hərbi çevrilişə cəhd edən “FETÖ” tərəfdarları Misirdə toplanmağa başlayıb.

Sözügedən iddia ilə Anadolu Ajansı çıxış edib. Ajansın hadisə şahidlərinə istinadən verdiyi məlumata görə, FETÖ-nün Misirdə daha öncə fəaliyyət göstərən, ölkəni yaxşı bilən və misirli rəsmilərlə yaxın əlaqələri olan üzvləri Qahirəyə gəlməyə başlayıb.

FETÖ-nün ərəb ölkələrində fəaliyyət göstərən yüksək rütbəli nümayəndələrinin Misirdə gizli bir toplantı keçirdiyi və bu görüşdə Qahirəni bölgənin mərkəz qərargahı kimi istifadə etmək qərarı aldıqları iddia olunur.

Türkiyədəki hərbi çevriliş cəhdini dəstəkləyən verilişlər yayımlayan Misir televiziyalarına qonaq olan FETÖ üzvlərinə yenilərinin əlavə olunması və hakimiyyətə yaxın dairələrin Fətullah Gülənin Misirdə sığınacaq ala biləcəyinə dair təhlifləri hadisə şahidlərinin ifadələrilə üst-üstə düşür.

Qeyd edək ki, Misirdə bir qrup millət vəkili ötən günlərdə 1915-ci il hadisələrini “soyqırım” olaraq qiymətləndirən bir layihəni parlamentə təqdim etmişdi.

FETÖ-nün Misirdəki fəaliyyəti 1990-cı illərin ortalarından etibarən artmağa başlayıb. Qahirədə Türkiyədən və Orta Asiyadakı türk dövlətlərindən gələn tələbələrin qaldığı 4 tələbə yataqxanası fəaliyyət göstərir.

FETÖ-yə yaxın olaraq bilinən və ərəbcə yayım edən Hıra jurnalı Qahirədə hazırlanıb çap edilir. Jurnal Misirdəki şirkətlər vasitəsilə digər ərəb ölkələrinə göndərilir. Paytaxt Qahirədə FETÖ-nün bir dil kursu və Nil adında kitab evi var.