Ronaldo: “Bir gün mütləq geri dönmək istəyərəm”

0
2

Ronaldo: “Bir gün mütləq geri dönmək istəyərəm”

“Real Madrid”in məşhur ulduzu Kristian Ronaldo karyerasının qarşıdakı dövründə yenidən “Mançester Yunayted” forması geymək arzusunda olduğunu açıqlayıb.

29 yaşlı məşhur futbolçu açıqlama sırasında “Mançester”ə aşiqəm, bunu hər kəs bilir.O mənim hər zaman ürəyimdədir. Mən Mançesterdə bir çox dostumu qoyub gəldim. Azarkeşlərim də inanılmaz sayda idi. Bir gün mütləq geri dönmək istəyərəm”, – deyə bildirib.

“Real Madrid”də də xoşbəxt olduğunu söyləyən Ronaldo “RM-lə hələ 4 illik müqaviləm var. Ancaq bu müddət bitdikdən sonra nə olacağını təxmin etmək çətindir”, – deyə bildirib.

Xatırladaq ki, portuqaliyalı furbolçu 2003-2009-cu illər arasında 6 il “Mançester Yunayted” forması geyib və 2009-cu ildə 94 milyon avro qarşılığında “Real Madrid”ə transfer olub.

LEAVE A REPLY