İslam ölkələri FETÖ-nü qara siyahıya salacaq

0
5

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) FETÖ-nü terrorçular siyahısına daxil edə bilər.

Strateq.az xəbər verir ki, bu barədə qərar layihəsi İƏT-nın gündəliyinə salınıb.

Təşkilata bağlı Beynəlxalq İslam Xəbər Agentliyinin (IINA) xəbərinə görə, Səudiyyə Ərəbistanının Ciddə şəhərində İƏT-nın 43-cü hazırlıq konfransında bir araya gələn xarici işlər nazirləri irəli sürülən bu təklifi qəbul ediblər. Yalnız Misir nümayəndəsi təklifə bitərəf qlıb. O, rəsmi Qahirəylə məsləhətləşmək istədiyini deyib.

İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının toplantısı oktyabr ayında Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək.

Maraqlıdır ki, FETÖ-nü ilk dəfə terrorçu təşkilat elan edən də elə Özbəkistan olub. 1999-cu ildə özbək liderini devirməyə təşəbbüs ittihamı ilə bu ölkədəki Gülən məktəbinin bir çox müəllimləri həbs olunmuş və onlar MKİ-nə casusluqda günahlandırılmışdılar.