Yaponiyada “Fukusima”AES-in yaxınlığında zəlzələ olub

0
5

Yaponiyanın Hönsü adasının şimal-şərqində 5,3 bal gücündə zəlzələ olub.

Yeraltı təkanların episentri İbaraki prefekturasının şimalında, ocağı isə 50 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar paytaxt Tokioda da hiss olunub.

Xəsarət alan və dağıntılar barədə məlumat yoxdur. İlkin məlumata görə, yeraltı təkanlar episentrin yaxınlığında yerləşən “Fukusima” atom elektrik stansiyasına zərər vurmayıb.