Şokolad yeyərək arıqlayın – PƏHRİZ
Bildiyinizdən çox daha faydalı olan şokoladı qədərində yeməklə arıqlaya bilərsiz.
Son dərəcə qidalandırıcı bir qida olan şokolad protein, yağ və şəkər tərkiblidir. Mineral qaynağıdır. Dəmir, fosfor, maqnezium, kalsium tərkiblidir. Bu minerallar sümük toxumasını gücləndirir. Əzələ, sinir sistemlərinin də hərəkətini yaxşılaşdırır. Müəyyən miqdarda yeyilən şokolad artıq çəki qazandırmır, əksinə, arıqlada bilir.
Ailem.az-ın təqdim etdiyi bu şokolad pəhrizi ilə 15 gündə rahatlıqla 3-4 kilo ata bilərsiz. Bu pəhrizi 3-4 həftə davam etmək olar.
Qeyd: Böyrək və şəkər xəstəsi olanlar bu pəhrizi saxlamasınlar.
1-ci gün
Səhər: 200 ml yağsız pəhriz süd, içinə bir qaşıq dolu corn flakes və 2 çay qaşığı bal. Şəkərsiz qəhvə və ya çay.
Günorta: 70 qr tərəvəzli makaron (qaynamış tərəvəz, çox az zeytun yağı və 1 qaşıq duzsuz pendir ilə bişirilmiş makaron) , 200 qr qaynamış balqabaq, 1 ədəd ortaboy portağal.
Qəlyanaltı: Meyvəli, şokoladlı pəhriz yoqurtu və ya bir kasa şokoladlı pudinq.
Axşam: 130 qr qaynamış toyuq filesi, 150 qr kahı, kök və kərəvəz salatı, 1 dilim kəpək çörəyi.
2-ci gün
Səhər: 1 fincan isti şokolad, 5 ədəd kəpəkli pəhriz biskiviti, 1 ədəd şokoladlı kruasan, 1 fincan yağsız, südlü qəhvə
Günorta: 1 pors çox az yağda bişmiş tərəvəzli plov. Tərəvəz olaraq balqabaq, badımcan, pomidor və soğan istifadə edə bilərsiz. 150 qr qaynamış göbələk.
Qəlyanaltı: 2 kiçik kivi
Axşam: 130 qr yağsız balıq, 1 dilim kəpək çörəyi, 200 qr qaynamış, limonla dadlandırılmış ənginar.
3-ci gün
Səhər: 1 fincan yağsız pəhriz südü, 2 dilim tost kəpək çörəyi, 2 çay qaşığı marmelat, şəkərsiz qəhvə və ya çay.
Günorta: 80 qr tavada yağsız bişirilmiş dana əti, qarışıq salat, 1 dilim kəpək çörəyi
Qəlyanaltı: 2 kiçik kivi
Axşam: Az yağlı, az duzlu ağ pendirli kakaolu makaron, 150 qr qaynamış ispanaq
Kakaolu pendirli makaron ( Bir qabda 30 qr rəndələnmiş ağ pendir, 2 xörək qaşığı yağsız süd və çox az miqdarda yağ isidin. Sous kimi bir qarışım əldə edincə 2 çay qaşığı acı kakaonu əlavə edin. Daha öncə qaynatdığınız 70 qr makaronu bu sousa əlavə edib qarışdırın)
4-ci gün
Səhər: 1 fincan yağsız pəhriz südü, 3 dilim tost edilmiş kəpək çörəyi, hər dilimin üzərinə çox nazik təbəqə bal sürtün.
Günorta: 60 qr tərəvəzli plov
Qəlyanaltı: Bir ədəd alma
Axşam: 150 qr kakaolu hinduşkanın döş əti, 1 ədəd ortaboy pomidor
5-ci gün
Səhər: Limonlu çay və 8 ədəd pəhriz biskiviti
Günorta: 70 qr makaron
Qəlyanaltı: 1 ədəd təzə doğranmış ananas
Axşam: 1 ədəd şokoladlı krep və ya 1 fincan isti şokolad
Şokoladlı krep (1 qaba 90 qr un və 10 qr əridilmiş makaron qoyun. 200 ml süd və 1 yumurta əlavə edib taxta qaşıqla qarışdırın. Tavanı isidin, çox az yağla yağlayın. Krep unundan iki qaşıq götürüb tavaya tökün, hər iki üzü qızardıqdan sonra götürüb üzərinə 20 qr əridilmiş şokolad əlavə edin)
6-cı gün
Səhər: 1 kasa yağsız pəhriz yoqurtu, 2 xörək qaşığı un və 1 çay qaşığı bal, şəkərsiz qəhvə və ya çay.
Günorta: 60 qr pomidorlu plov, 250 qr qarşıq tərəvəz yeməyi
Qəlyanaltı: 1 ədəd ortaboy alma
Axşam: 100 qram kakaolu yoqurt sousunda toyuq filesi, kahı salatı. Bir dilim kəpək çörəyi
Kakaolu yoqurt sosunda toyuq filesi (100 qr fileni dilimləyin. Yarım xörək qaşığı zeytun yağında qovurun. Bişdikdən sonra kakaolu sousla qarışdırın. Kakaolu sous üçün yarım soğanı dilimləyin. Yarım xörək qaşığı zeytun yağı ilə qarışdırın. 1 xörək qaşığı un və 1 stəkan yağsız südü əlavə edib tez-tez qarışdırın. Sousun içinə 1 çay qaşığı kakao da əlavə edib mikserlə çalın. İsti toyuğun üzərinə isti sous töküb süfrəyə verin)
7-ci gün
Səhər: 1 kasa yoqurt, 1 xörək qaşığı corn flakes, 1 çay qaşığı bal
Günorta: 140 qram yağsız qiymə ilə bişirilmiş küftə, 10 qram qaynamış tərəvəz
Qəlyanaltı: 8 ədəd qaynamış şabalıd
Axşam: 1 ədəd pendirli pizza, 1 ədəd sobada bişirilmiş şokoladlı armud
Şokoladlı armud (Sobanı 200 dərəcəyə qoyun. Bərk orta boy armudu soyun. 1 çay qaşığı şəkər tozu, 3 xörək qaşığı portağal suyunda əridin. Bu qarışmı armudun üzərinə töküb sobaya qoyun. 25-30 dəqiqə armud yumşalana kimi gözləyin. 20 qr südsüz şokoladı əridib armudun üzərinə tökün)