Boğaziçi körpüsünün adı dəyişdirilərək “15 iyul Şəhidlər Körpüsü” qoyulub.
Bunu Türkiyə Baş naziri Binəli Yıldırım Nazirlər Şurasının toplantısından sonra mətbuata açıqlamasında deyib.
“Yeni konstitusiya ilə bağlı ümumi fikir formalaşıb və siyasi partiyaların iştirakı ilə hazırlanacaq. Vətəndaşlar hələ də demokratiya növbəsindədir”, – Yıldırım bildirib.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə baş tutan toplantı 3.5 saat davam edib.