Türkiyə höküməti Avropa Birliyini onun daxili işlərinə qarışmaqda ittiham edib.
Strateq.az bildirir ki, ölüm hökmünün bərpa olunması ilə bağlı Avropa Birliyi rəsmilərinin etriazlarına Türkiyədən sərt reaksiya verilib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, bu barədə Avropa rəhbərlərinin açıqlamaları yersizdir: “Avropa Birliyinin ölüm hökmünün bərpası ilə bağlı məsələdə Türkiyəyə göstəriş verməyə ixtiyarı yoxdur”.