Dolların bu günə olan məzənnəsi –Mərkəzi Bank

0
7

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi iyul ayının 22-si ilə müqayisədə dəyişməyərək 1,5724 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,5% zəifləyərək 1,7259 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl da 0,81% ucuzlaşaraq 0,0243 manat səviyyəsinə enib.
Türkiyə lirəsi isə manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,33% artaraq 0,5141 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0647 manatdır. Beləliklə, funt sterlinq də 0,74%-lik ucuzlaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi isə dəyişməyərək 0,6685 manat təşkil edib.