Təkfirçi vəhhabilər – Qadınını özgəyə halal edən “dindarlar”…

0
6

Təkfirçi vəhhabilər – Qadınını özgəyə halal edən “dindarlar”…

alt=”Təkfirçi vəhhabilər – Qadınını özgəyə halal edən “dindarlar”… ” title=”Təkfirçi vəhhabilər – Qadınını özgəyə halal edən “dindarlar”… ”

Sərdar Cəlaloğlu: “Azərbaycanda bütün zərərli təriqətlər sürətlə inkişaf edir”

Əziz Rzazadə:“Dövlətin ağır cəza qolu mütləq və gecikmədən işə düşməlidir”

Azərbaycanda gənclərin vəhhabi məzhəbinə qoşulma, habelə Suriya və İraqda hökumət qüvvələri əleyhinə döyüşən hərbi qruplaşmalara qatılma halları cəmiyyətdə ciddi etiraz və qınaqla qarşılanır. Özləri ilə bərabər, qadınlarını da Suriyadakı “əl-Nusra”, yaxud İraqdakı İŞİD-in cərgəsinə cəlb etmə doğru olaraq “saf din” pərdəsi altında mənəvi-əxlaqi dəyərlərə açıq təhdid kimi yozulur.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, qadınları ilə birgə Suriya və İraqa gedən bəzi azərbaycanlıların həyat yoldaşlarını orada ərlərindən ayırıblar, onlarla bağlı tükürpədici olayların yaşandığı qeyd olunur.
Modern.az saytına danışan müxtəlif sahə adamları da bununla bağlı düşüncələrini ictimai fikirlə paylaşırlar.
Sərdar Cəlaloğlu (ADP sədri): “Sosial-iqtisadi vəziyyəti ağır olan ölkələrin hamısında vətəndaşlar pul qazanmaq üçün bu cür təhlükəli yollara baş vururlar. Vətəndaşlar arasında düzgün dini təbliğat aparılmadığına görə bu hallar çoxalır. Buna görə də Azərbaycanda bütün zərərli təriqətlər sürətlə inkişaf edir. Bu da onu göstərir ki, ölkənin dini siyasəti yanlışdır. Dini qurumların fəaliyyəti də düzgün qurulmayıb və yaxud bu işin öhdəsindən gəlməyi bacarmırlar”.

Fazil Mustafa (deputat): “Bu məsələlər Azərbaycanla bağlı məsələlər deyil. Daha çox xaricdən qaynaqlanan və ordan dəstək alan məsələlərdir. Azərbaycanda maliyyə xərcləməklə insanları kənardan idarə edirlər. Bunun qarşını almaq üçün cəmiyyətdə həqiqi, tolerant İslamı təbliğ etmək lazımdır. İslamın mahiyyəti ilə bağlı ali təhsil ocaqlarında, hətta orta məktəblərdə maarifləndirmə işi aparılmalıdır. “Dinə bağlı insanlar” yanlış yoldadırlar və onlar zamanla İslam dəyərlərini unudublar”.

Elçin Hüseynbəyli (yazıçı-dramaturq): “Hələ bunacan eşitməmişdim ki, hansısa müsəlman kişi ailəsini özündən qabağa göndərsin. Düşünürəm ki, onların nəyə xidmət etdiyini xüsusi qurumlar araşdırmalıdır”.

Əziz Rzazadə (tərcüməçi-yazar): ““Saf din” axtarışı bütün dövrlərdə, bütün səmavi dinlərdə və demək olar ki, bütün ölkələrdə olub. Bu, yaşadığımız zamandan da yan keçməyib. Vəhhabilik də eyni başlanğıcla son üç yüz ildə rəsmiləşməyə başlamış və ilkin mərhələsində kənar qüvvələrin dəstəyini almış cərəyandır. Onun çağdaş qolu olan təkfirçilik əcnəbi mütəxəssislərin yerli inkubatorlarda ərsəyə gətirdiyi dalğadır. Bu ideya arxasınca gedənlərin bir qismi etiqad möhtəkirlərinin qurbanı olmuş zəif iradəli, digər qismi sırf mənfəət maraqları olan, son qismi də sadəcə macəra, adrenalin axtaran kütlə parçalarıdır. Özü ilə bərabər, qadınlarını, yaxud ailəsinin zərif cins nümayəndələrini “müqəddəs savaş”a, ya da sadəcə “cihad nikahı”na cəlb edən şəxslərin əqli pozuntuya malik olduğu da gerçəyə yaxın ehtimaldır. Məncə, bu məsələdə cəmiyyətin sadəcə sözlü qınağı yetərsizdir, dövlətin ağır cəza qolu mütləq və gecikmədən işə düşməlidir. Əks halda, yüyənini çoxdan sərbəst buraxdığımız yolunu azmış kütlə Azərbaycan cəmiyyətini dabanı altda əzib toza döndərəcək”.

LEAVE A REPLY