Kabil terroru:ölənlərin sayı 80-nə çatdı

0
5

Kabildə nümayiş zamanı törədilən partlayış nəticəsində ən azı 80 nəfər həyatını itirib, 231 nəfər isə yaralanıb. Bu barədə məlumat Əfqanıstan Daxili İşlər Nazirliyinin saytında yerləşdirilib.

Nazirliyin məlumatına əsasən partlayış 3 kamikadze tərəfindən həyata keçirilib. Onlardan biri partlayış törətməyə müvəffəq olub, ikinci yaraqlının partlayıcı qurğusu işə düşməyib, üçüncü terrorçu isə polis tərəfindən güllələnib.

Həlak olanlar və yaralananlar arasında etiraz aksiyası iştirakçılarının təhlükəsizliyini təmin edən polis əməkdaşları da var.