“Türkiyədən öncə ölkəmizdə çevriliş olmalı idi…”

0
5
TURKEY-PROTESTS/ERDOGAN

ramiz

Ramiz Tağıyev: “…xarici və daxili “boss”lar olub ki, indi onlar müəyyənləşdirilməsə ,yaxın gələcəkdə yeni cəhdlər ehtimalı böyükdür”

Türkiyədə cərəyan edən hadisələr ölkəmizdə MTN olaylarını bir qədər unutdursa da, zaman-zaman istintaqın davam etdiyi, MTN-nin digər generallarının dindirilməsi barədə məlumatlar yayılır. İndi, çoxlarını keçmiş MTN-nin sabiq nazir və müavininin- Eldar Mahmudov və Hilal Əsədovun həbs olunub-olunmayacağı düşündürür. Həm də onların göstərişi ilə aparılmış gizli çəkiliş və dinləmələrin hansı məqsədlərə xidmət göstərə biləcəyinə aydınlıq gətirilməsini səbirsizliklə gözləyən çoxluq var.

Ömrünün 10 ilindən artıq bir zamanını MTN-nin cinayətkar dəstəsiylə mücadiləyə sərf edib, əvəzində 13 il həbs cəzasına məhkum edilmiş Canımız Azərbaycan Naminə Partiyasının (CANP) sədri Ramiz Tağıyev də istintaqın gedişatını diqqətlə izləyənlər sırasındadır. Bunu nəzərə alıb, H.Əsədovun dindirilməsiylə bağlı yayılan məlumata onun münasibətini öyrənmək istədik.

2

R.Tağıyev əvvəldən istintaqın obyektiv aparılmayacağını söylədiyini bir daha xatırlatdı: “Bilirəm ki,açıqlamalarım çoxlarını qıcıqlandırır. Ancaq doğru bildiyimdən heç bir zaman çəkilməmişəm. İstintaq səthi aparılacaq, MTN-nin əsas məram-məqsədinin nə olduğunun üstündən sükutla keçiləcək. Deyilənə görə, H.Əsədov qanunsuz dinləmələr, çəkilişlərlə bağlı dindirilib. Görəsən, həmin çəkilişlərin nə məqsəd daşıdığına aydınlıq gətiriləcəkmi? Düşünürəm ki,yox! Çünki,istintaq dövlət çevrilişini araşdırmır. Mənim müşahidəm isə belə qənaətə gəlməyə əsas verir ki, həmin çəkilişlər dövlət çevrilişinə hazırlığın tərkib hissəsi idi. Ayrı-ayrı məmurlar təhdidlə E.Mahmudova xidmət göstərmək məcburiyyətində qalırdılar. Açıq söyləyim, hələ MTN hadisəsi baş verməmişdən aylar öncə MTN-lə əməkdaşlıq edənlər devalvasiyalar barədə pronozlar verib, nəticəsini özlərinə sərf edən kimi şərh edirdilər. Ciddi hazırlıqlar, oyunlar gedirdi. Qardaş Türkiyə Cümhuriyyətindən öncə ölkəmizdə çevriliş planlaşdıran qüvvələr var idi. Həmin sırada E.Mahmudovun bir “peşka” olduğu gənaətindəyəm. Planlaşdırılmış, ancaq baş tutmamış çevriliş planının arxasında güçlü xarici və daxili “boss”lar olub ki,indi onlar müəyyənləşdirilməsə ,yaxın gələcəkdə yeni cəhdlər ehtimalı böyükdür. Gördünüz, Ərdoganın sağında, solunda olan ən inandıqları kadrların oyunlarını?  Bizdə də kifayət qədər gülənçilər var ki, müxtəlif önəmli strukturlarda xısın-xısın sərmayə-çirkli pullar toplayırlar. Çirkli pullar sonunda mütləq çirkli oyunlara sərf edilir. Mən prokurorluqda MTN-nin bütün qanunsuz göstərişlərinə “ləbbeyk”deyib, icra edənləri çox gördüm. Barəmdə qanunsuz ittiham aktlarını da onlar imzaladılar.Onların əksəriyyəti E.Mahmudova çuğulluq etdiklərindən ,gözükölgəlidirlər. İndi, bülbül kimi ötüb MTN- şünaslıq edənlər çoxalıb. MTN-nin qılıncının dal-qabaq kəsdiyi zaman meydanda onlara etiraz edən iki-üç adam qalmışdıq. Zamanında yazdıqlarımın hamısı birəbir təsdiqini tapdı. Bu gündə söylədiklərimin altını cızıram, inanıram ki, yaxın gələcəkdə təsdiqini tapacaq. MTN-nin cinayətkar dəstəsi ifşa olunsada, bizə vurduğu zərbələrin acısını yaşayırıq, görünən odur ki, övladlarımızda yaşayacaqlar. Onlar işləmək üçün hara müraciət etsələrdə, eyni cavab alırlar; valideyninizin məhkumluğu var. Bax belə, bizi MTN-nin sifarişiylə məhkum edən isə, cənab Zakir Qaralovun rəhbəri olduğu prokurorluq olub. Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm, müxtəlif mənbələrin söylədiyinə görə pornokasetlərin bir qismi, artıq E.Mahmudovla əlaqəli olmayan digər bir qüvvənin əlinə keçib ki, onlardan- həmin kasetlərdən iqtidara təzyiq vasitəsi kimi istifadə edə bilərlər. Belə ki, həmin kasetlərin ələ keçirildiyi barədə yuxarı instansiyalar məlumatlandırılmayıb.”

Turan Türk