Münhendə fövqəladə vəziyyət elan edildi

0
5

Münhen şəhərinin sakinləri smartfonlar üçün Katwarn xəbərdarlıq sistemi vasitəsilə fövqəladə vəziyyət haqqında məlumatlandırılıblar.

Bavariya paytaxtında polis xüsusi əməliyyat keçirilir.

Münhendə “Olimpiya” ticarət mərkəzində baş verən silahlı hücum nəticəsində ən azı üç nəfər həlak olub.

Münhen polis nümayəndəsi bildirib ki, hücumda bir neçə nəfər iştirak edib. Atəş açanların heç birini yaxalamaq hələlik mümkün olmayıb.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb, insanlar təxliyə olunub, əməliyyat gedir. Rayon sakinlərinə küçəyə çıxmamaq xahiş olunub.

Trend.az