Nadir Qafarzadəyə cinayət işi açıldı
alt=”Nadir Qafarzadəyə cinayət işi açıldı ” title=”Nadir Qafarzadəyə cinayət işi açıldı ”
Adı qalmaqallarda hallanan Nadir Qafarzadə bu dəfə xuliqanlıqda ittiham olunur.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinin rəisi Zaur Bədəlovun Publika.az-a verdiyi məlumata görə, Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserə qardaşının yanına gələn müğənni N.Qafarzadə orada xidmət edən polis əməkdaşı ilə mübahisə edib.
Müğənni mübahisə zəminində polisi təhqir edərək ona əl-qol atıb.
Polis bölməsindən bildirilib ki, müğənniyə xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Polis tərəfindən saxlanılan müğənninin izahatı alınandan sonra o, sərbəst buraxılıb.