Sabah yağış yağacaq

0
5

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti  bildirir ki, paytaxtda və yarımadada arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 28-33°, Bakıda gecə 23-25, gündüz 30-32° isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23°, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 23-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 30-35° isti, dağlarda gecə 15-20, gündüz 20-25° isti olacaq.