Türkiyənin tələbi ilə rəsmi Vaşinqton Nurçuluq Hərəkatının dini lideri Fətullah Güləni deportasiya edəcəyi halda, o Misirdə siyasi sığınacaq ala bilər.
Bu sözləri Misirin sabiq prezidenti Adil Mansurun müşaviri, jurnalist Əhməd Müsəlmani deyib.
“Misir Güləni niyə də qəbul etməsin ki? Bu, Türkiyə qarşısında Misirin mövqeyini gücləndirər”, – deyə Müsəlmani bildirib.
Qeyd edək ki, jurnalistin bu fikirləri Misir ictimaiyyəti arasında birmənalı qarşılanmayıb.
Bəzi sosial şəbəkə istifadəçiləri Müsəlmanini satqınlıqda da ittiham edib. (Axar.az)