Türk lirəsi dibə vurdu

0
5

Türkiyədə 3 ay müddətinə fövqəladə vəziyyətin elan edilməsi ilə əlaqədar milli valyuta dollarla müqayisədə tarixi minimum səviyyəyə yüksəlib.

Fövqəladə vəziyyətin elan edilməsindən sonra TRY/USD məzənnəsi 3,0973 səviyyəsinə qədər yüksəlib. Bundan başqa, iyulun 20-də “S&P” beynəlxalq reytinq agentliyi Türkiyənin kredit reytinqini BB+ səviyyəsindən BB səviyyəsinə endirib. Türkiyə iqtisadiyyatı üçün proqnozunu isə “neqativ” açıqlayıb.

BB səviyyəsi, S&P agentliyinin ölkələrə verilən investisiya edilə bilən reytinq səviyyəsindən iki bənd aşağıda yer alır. Dünyanın əsas reytinq agentliklərindən “Moodys” və “Fitch” də Türkiyənin kredit mreytinqini izləməyə başladıqlarını açıqlayıb. “Moodys” iyulun 20-də “Terk Hava Yolları”nın kredit reytinqini “Ba1” dən “Ba2”-ə endirməklə bərabər 8 iri Türkiyə şirkətinin və 17 bankın kredit reytinqini müşahidəyə götürdüyünü açıqlayıb. “Fitch” beynəlxalq kredit reytinqi şirkəti isə Türkiyənin bank sektorunda yaxın gələcəkdə risklərin arta biləcəyini ehtimal etdiyini bildirib.

Bu gün, iyulun 21-də TRY/USD məzənnəsi 0,6% möhkəmlənərək 3,07 səviyyəsinə geriləyib. Türkiyənin əsas fond birjası indeksi sayılan BİST-100 isə dünənki xəbərlərin mənfi təsiri ilə hazırda 2,5% azalma göstərərək 73 000 səviyyəsinə geriləyib. Beləliklə, BİST-100 bu həftənin 3 iş günü ərzində toplam 12% dəyərsizləşib.

Mövcud vəziyyətdə BİST-100 indeksinin 70 000 səviyyəsində investorlar tərəfindən dəstəklənəcəyini proqnozlaşdırılır. TRY/USD məzənnəsinin isə yaxın günlərdə 3,15 səviyyəsinə qədər, ilin sonuna qədər isə 3,30-a çatması ehtimal edilir.(report)