Xərçəngdən qorunmağın ləzzətli yolu…

0
7
Mövsümi meyvələrin başında qarpızla yanaşı şaftalı və ərik də durur. Bu meyvələr sən demə dünyanın mübarizə apardığı xərçəng xəstəliyinə qarşı istifadə oluna bilər.
Tərkibində olan zəngin vitaminlər xərçəngin qarşısı alır. Qadınlarda 45, kişilərdə 50 yaşdan yuxarı daha çox görülən xərçəng həyatı alt-üst edir. Şaftalı və ərik B17 və A vitaminləri ilə bu xəstəliyə maneə törədir. Sürətlə yayılmağa davam edən xərçəng 7-dən 70-ə hər kəsə təsir edir. Bütün dünya üzrə aparılan elmi işlərdə xərçəngə tutulma riski, qadınlarda 45 və daha çox, kişilərdə isə 50 və ondan yuxarı olaraq göstərilir. Elm insanları şaftalı və əriyin bu problemə maneə törətdiyini söyləyir. Şaftalının bol miqdarda C vitamininindən əlavə A və B vitamini ilə zəngin olduğunu söyləyən araşdırmaçılar, həmçinin maqnezium, kalium , kalsium, dəmir və natrium baxımından da zəngin olduğunu ifadə edir. Ərik isə A, B, C və P vitaminlərini orqanizmə bəxş edir. Bunların da xərçəngin inkişafını qabaqladığını və müalicə əsnasında xəstəliyi məğlub etməkdə təsirli olduğunu ifadə edirlər. Şaftalı bioflavonoid və xüsusilə də karotenoid baxımından zəngindir. Hüceyrələrin ziyan görməsinə mane olur. Beləcə xərçəngin qarşısını alır. Antioksidanlar baxımından yaxşı bir qida qaynağıdır. Sərbəst radikallara qarşı bədəni qoruyur.Tərkibindəki C vitamini toxumaların sağlamlığı üçün həyati əhəmiyyət daşıyır.Toxumalarda meydana gələn zədə sonrası toxumaların sürətlə yaxşılaşmasına köməkçi olur. Tərkibində olan askorbin turşusu immuniteti gücləndirir və infeksiyalarla mübarizə aparmağa kömək edir.Qığırdaq və sümükləri təmir edər. Kalium qan təzyiqini nizamlamaq üçün əhəmiyyətli bir maddədir. Lakin yüksək kalium böyrək xəstələri və yaşlı insanlar üçün zərərli ola bilər. Buna görə istehlakına diqqət edilməlidir.