Səhər yeməyindən əvvəl mütləq yeyin – MİN BİR DƏRDİN DƏRMANI

0
6

Mütəxəssislər səhər yeməyindən əvvəl yalnız su içməyi məsləhət görür. Lakin bundan başqa bir qidanın da səhər yeməyindən əvvəl yeyilməsi lazımdır.

Bu qida bir çox xəstəliklərin dərmanıdır. Söhbət darçın və bal qarışımından gedir.

Məlumdur ki, darçın və bal ayrı-ayrılıqda bir çox xəstəliklərə dərmandır və müalicəvi əhəmiyyəti var. Lakin onları birlikdə qəbul etdikdə nələrə nail ola biləcəyinizi bəlkə də ağlınıza belə gətirmirsiniz.

Bal və darçın qarışımı bir çox xəstəliyin dərmanıdır. Üstəlik, heç bir əlavə təsirinin olmaması bu qarışımın əsas üstünlüyüdür. Şəkərli olmasına baxmayaraq, düzgün miqdarda istifadə edildikdə diabet xəstələrinə belə, zərər vermir. Elmi araşdırmalar darçın-bal qarışımının bu xəstəliklərin dərmanı olduğunu sübut edib:

Ürək xəstəlikləri

Bal ilə toz darçını qarışdırın və naharda qızarmış çörəyin üstünə sürtərək yeyin. Xolesterolu aşağı salır və ürək narahatlıqlarının qarşısını alır. Mütəmadi olaraq darçınlı bal yemək ürək döyüntülərini gücləndirir. Yaşlandıqca arterial damarlar və kapilyarlar dözümlülüyünü itirir və tıxanır. Darçınlı bal isə damarları yenidən canlandırır.

Artrit

Bir fincan isti suya iki yemək qaşığı bal və bir çay qaşığı toz darçın əlavə edərək, faydalı içki hazırlaya bilərsiniz. Gündəlik olaraq içilsə, xroniki artrit xəstələri belə, yaxşılaşa bilər.

Sidik yolu infeksiyaları

İki yemək qaşığı toz darçın ilə bir yemək qaşığı balı ilıq suya əlavə edərək için. Bu qarışım sidik yolundakı mikrobları öldürür.

Xolesterol

450 qram çaya iki yemək qaşığı bal, üç yemək qaşığı toz darçın qarışdıraraq xolesteroldan əziyyət çəkən xəstəyə verdikdə iki saat içərisində qandakı xolesterolun miqdarının 10% azaldığını müşahidə edərsiniz. Gündə üç dəfə qəbul edildikdə isə xroniki xolesterol da müalicə edilə bilər. Gündəlik olaraq yeyilən bal isə xolesterol şikayətlərini azaldır.

Soyuqdəymə

Tez-tez və ağır soyuqdəymədən şikayəti olanlar bir qaşıq bal və dörddə bir qaşıq toz darçınını qarışdıraraq üç gün ərzində gündə bir dəfə olmaqla qəbul edə bilərlər. Bu müalicə xroniki öskürək və soyuqdəyməni müalicə edir, nəfəs yollarını təmizləyir.

Boğaz qıcıqlanması

Darçınlı balın boğaz ağrısını yaxşılaşdırdığı və boğazdakı yaraları kökündən sağaltdığı deyilir.

Qaz

Hindistan və Yaponiyada aparılan araşdırmalar darçınlı balın mədədə yaranan qazların qarşısını aldığı sübut edilib.

İmmunitet sistemi

Darçınlı balın gündəlik qəbulu immunitet sistemini gücləndirir, bədəni bakteriya və virus hücumlarından qoruyur. Balın nizamlı qəbulu ağ qan hüceyrələrini gücləndirərək bakterial və virus xəstəliklərinə qarşı müqaviməti artırır.

Həzm sistemi

İki yemək qaşığı bala səpilən toz darçını yeməkdən əvvəl qəbul edin. Bu, mədədəki turşuluğun qarşısını alır və ən ağır yeməklərin belə, asanlıqla həzm olunmasını təmin edir.

Qrip

İspaniyalı bir alim baldakı təbii komponentlərdən birinin qrip mikrobunu öldürdüyünü və xəstəni qripdən qurtardığını sübut edib.

Uzun ömür

Bal və toz darçınla hazırlanan çayı ilıq formada nizamlı olaraq içdikdə yaşlanmanın təsirlərini azalda bilərsiniz. Ballı-darçınlı çayı hazırlamaq üçün dörd yemək qaşığı bal, bir çay qaşığı darçın və üç fincan qaynamış su istifadə edin. Gündə 3-4 dəfə 1 fincan için. Bu qarışım dərini təzə və yumşaq saxlayır, yaşlanmanın qarşısını alır.

Boğaz ağrısı

Boğazınız ağrıdıqda və ya qıcıqlandıqda bir qaşıq bal yeyin. Boğazınızdakı narahatlıq keçənə qədər 3 saatdan bir təkrarlayın.

Çivzələr

Üç yemək qaşığı bal və bir çay qaşığı toz darçını qarışdırın. Yatmazdan əvvəl sızanaqların üzərinə sürtün və ertəsi gün ilıq su ilə yuyun. İki həftə hər gün tətbiq etsəniz, sızanaqları kökündən məhv edəcəksiniz.

Dəri infeksiyaları

Bal və toz darçını allergiya olan və ya qıcıqlanan bölgələrə bərabər miqdarda tətbiq edin. Bu üsul hər cür dəri infeksiyasına yaxşı təsir edəcək.

Çəki azaltma

Bir stəkan qaynamış suyun içinə bal və toz darçını əlavə edərək, hər gün səhər yeməyindən yarım saat əvvəl və gecə yatmazdan əvvəl için. Daimi olaraq qəbul etdikdə piylənmə problemi yaşayanlar belə çəki azalda biləcəklər.

Xərçəng

Yaponiya və Avstraliyada aparılan araşdırmalar mədə və sümük xərçənginin müvəffəqiyyətlə müalicə edilə biləcəyini sübut edib. Bu xərçəng növlərindən əziyyət çəkən xəstələr gündə bir yemək qaşığı bal və bir çay qaşığı darçını üç hissəyə bölərək bir ay boyu qəbul edə bilərlər.

Yorğunluq

Daha bir araşdırma sübut edib ki, baldakı şəkər bədənin güc qazanmasına kömək olur. Bal və toz darçınlı qarışığı qəbul edən yaşlılar daha gümrah və çevik olduqlarını hiss edəcəklər. Hər gün diş fırçaladıqdan sonra və saat 15:00-da bu qarışımı qəbul etsəniz, bir həftədə bədən müqavimətinizin artdığının şahidi olacaqsınız.

Nəfəsdən gələn pis qoxu

Cənubi amerikalılar səhərlər bir çay qaşığı bal və darçın əlavə edilmiş suyla qarqara edir. Bununla nəfəslərindən gün ərzində gözəl qoxu gəlir.

Eşitmə qabiliyyəti

Gündəlik olaraq səhər və axşamlar bal-darçın qəbul etmək eşitmə qabiliyyətinin itməsinin qarşısını alır.

Darçınlı balın hazırlanması:

Əvvəl bir stəkan suyu qaynadın, isti suya darçın əlavə edin və dəmləyin. Bu qarışımı soyudun. Qaynar suya bal qatmayın. İsti su baldakı fermentləri öldürür. Su otaq istiliyinə gəldikdə darçının iki qatı qədər bal əlavə edin. Yatmazdan əvvəl stəkanın yarısı qədər için və digər yarısını səhərə saxlayın.

Aile.lent.az