Türkiyədə 150 min 886 alimin ölkədən çıxmasına qadağa qoyuldu

0
5

Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində ölkənin bütün universitet rektorlarının və müəllimlərinin xaricə çıxmasına qadağa qoyulub.

Türkiyə mətbuatı xəbər verir ki, qadağa 150 min 886 elm adamına tətbiq olunub.

Qeyd edək ki, Türkiyədə 193 universitet var. Bu elm ocaqlarında 150 bin 886 alim çalışır.