“WikiLeaks” Türkiyə ilə bağlı sənədləriaçıqladı

0
6

“WikiLeaks” Türkiyə ilə bağlı açıqlamağı vəd etdiyi gizli sənədləri və yazışmaları öz saytına yerləşdirib.

“Sözcü” qəzetinin verdiyi məlumata görə, saytda Türkiyədəki 762 elektron poçt ünvanından 294 min 548 yazışma və minlərlə əlavə dosye açıqlanıb. “Email”lərin ən yenisi 6 iyul 2016-cı il tarixli, ən köhnəsi isə 2010-cu il tarixlidir.

“WikiLeaks” sənədlərin yerləşdirildiyi sayta hücumlar olduğunu, bu səbəblə sayta giriş məsələsində problem yarandığını bildirib. Türkiyədə isə ümumiyyətlə, həmin sayta giriş dayandırılıb(apa).