Ermənistana gedən 4 türkiyəli jurnalist həbs edildi

0
8

Ermənistana gedən 4 türkiyəli jurnalist həbs edildi

Səyahət məqsədilə Ermənistana getmək istəyən 4 türkiyəli jurnalist Gürcüstanda həbs edilib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gürcüstnda avtomobil qəzası törədən jurnalistlərdən 2-i istintaq təcrdixanasına göndərilib. Digər 2 jurnalistə isə Gürcüstan polisi tərəfindən ölkədən çıxmağa qadağa qoyulub.

Gürcüstanda istintaqa cəlb edilən və prokuror tərəfindən haqlarında 8 il həbs istənilən jurnalistlər Türkiyə hökumətindən kömək istəyiblər.

Qeyd edək ki, Ermənistana getmək istəyən türk jurnalistlər Batman “Super FM” radiosunun sahibi Hasan Ölük, reklam meneceri Haydar Ölük, Batman Turizm Tanıtım Dərnəyinin sədri Emin Bulut və Mesopotomiya Dərnəyini sədri Osman Seyrekdir.

LEAVE A REPLY