Alında qırışları yox edən möcüzəli maska

0
5

Alında qırışlar tez əmələ gəlir. Bu qırışlar hətta cavan üzü gəmgin və yaşlı göstərir.

Bu qırışları daha görünməz etmək üçün ev şəraitində belə maskadan istifadə edin.

10 qr parafin (şam) su hamamında əridilir, 1 ç.q. ərik və 1 ç.q. kakao yağı əlavə olunur, yaxşı qarışdırılır. Qarışıqda 3-4 lay qatlanmış bint isladın və alın nahiyəsinə qoyun. Binti qoyduqda alın əzələlərini mümkün qədər boşaldın, alnınızı qırışdırmayın. Maskanın üzərini digər bintlə bərkidin.

Bu maskanı üzünüzdə ən azı 1 saat saxlayın. Bu müddət ərzində alnınızı qırışdırmayın. Maskanı çox ehtiyatla çıxardın.

Maskanı bir gündən bir 1 ay ərzində etmək lazımdır. Bu müddət ərzində dəri xeyli hamarlanacaq və qırışlar daha az görünəcək.