15200 təhsil işçisi vəzifələrindən qovuldu –Türkiyədə!

0
5

Türkiyə Milli Təhsil Nazirliyi sistemindən 15 mindən çox insan qovulub.

“Nazirliyimizin mərkəzi aparatı və bölgə təşkilatlarında çalışan, FETÖ ilə əlaqəli şəxslərlə bağlı genişmiqyaslı araşdırma aparılır. Bu gün etibarilə 15 min 200-dən çox dövlət personalı işdən kənarlaşdırılıb. Bu şəxslər haqqında təhqiqata başlanıb”, – deyə nazirliyin açıqlamasında bildirilib.

APA