Bulaq suyu, yoxsa bakteriya mənbəyi? – VİDEO

0
5

Bəzisi gündəlik istifadə, kimisi istirahət, kimisi də sağlamlıq üçün üz tutur bulaq sularına. əksər insanlar təbii bulaq sularının təmizliyinə və müəlicəvi təsirinə inanır. Əslində isə bunu bütün bulaq sularına aid etmək olmaz.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin araşdırmaları bunu deməyə əsas verir.

Yoxlamalar 3600-dən çox su mənbəyində aparılıb. 1710-da kimyəvi  göstəricilər, 1080-da  digər  göstəricilər  normalara  uyğun deyil. Bu  su mənbələri həm yerdən təbii qaynama sularını, həm də dağ sularından çəkilmə bulaqlarını əhatə edib. Bulaqlarda bakterioloji çirklənmələr əsasən su mənbəsinə müxtəlif heyvanların və ya insanların müdaxiləsindən, eyni zamanda digər təbii proseslərdən qaynaqlana bilər.

Mərkəzdə hesab edirlər ki, rəsmi yazı  göndərilən yerli icra hakimiyyəti  oranları keyfiyyətsiz  bulaqların olduğu yerlərlə  bağlı  vətəndaşları  müxtəlif lövhələr və ya  yazılarla  xəbərdar etməlidir.