Sərdar Ortaç: “Bu, çox çirkindir!”

0
2

Sərdar Ortaç: “Bu, çox çirkindir!”

Türkiyəli müğənni Sərdar Ortaç “20-ci il” albomuna daxil olan ikinci klipi “Mənə görə eşq”də həyat yoldaşı Xloe Luqnanla birlikdə kameralar önünə keçib.

Axşam.az xəbər verir ki, Dəniz Akelin rejissorluğu ilə hazırlanan ekran işinin çəkilişləri 12 saat davam edib. Klipin ekranlaşdırılması zamanı görüntülənən S.Ortaç “MS (mərkəzi sinir sistemi xəstəliyi) səbəbindən uşağı olmayacaq” iddialarına sərt reaksiya verib:
“Bu iddialar çox çirkindir! Həkimlər dəfələrlə xəstəliyimin ata olmağıma heç bir maneə törətməyəcəyini deyiblər. İşlərim yekunlaşsın, daha sonra uşaq barədə fikirləşəcəyik”.

LEAVE A REPLY