İfşaedici materialların dərcində ixtisaslaşmış “WikiLeaks” saytı yaxın günlərdə Türkiyənin siyasi hakimiyyəti ilə bağlı 100 mindən çox sənədi açıqlayacağını anons edib.
“Türkiyənin siyasi hakimiyyətinin strukturu barədə 100 mindən çox sənədi açıqlayacağımızdan sonra mübarizəyə hazır olun”, – “WikiLeaks”in rəsmi “Twitter” mikrobloqunda yayılmış məlumatda belə deyilir.
Xatırladaq ki. iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə uğursuz cəhd olub. Nəticədə, 290 nəfər həlak olub, yüzlərlə yaralı var.
WikiLeaks Türkiye’nin siyasi güç yapısıyla alakalı 100 bin dökümanı yayınlamaya hazırlanıyor #TurkeyCoup
ANNOUNCE: Get ready for a fight as we release 100k+ docs on#Turkey‘s political power structure. #TurkeyCoup #Soon