Qazaxıstanda nə baş verir? – Milli Təhlükəsizlik Komitəsinin binasına hücum edildi

0
5

Qazaxıstanın Almatı şəhərində Milli Təhlükəsizlik Komitəsinin binasına hücum edilib.

Bu barədə informasiyanı Qazaxıstan mətbuatı yayıb.

Artıq komitənin binası polis tərəfindən mühasirəyə alınıb.

Qazaxıstan hökuməti həmçinin Qırğızıstanla sərhədin gücləndirilməsi haqqında da əmr verib.

Qeyd edək ki, bundan öncə Almatı polis bölməsinə basqın olub. Nəticədə 4 nəfər həyatını itirib. Şəhərdə antiterror əməliyyatları rejimi elan edilib.