Türk nəşri: “Ərdoğan xilas oldu, Türkiyə isə batır”

0
7

Metin Münir

T24 (Türkiyə), 18.07.2016

 

Ən ağıllı deyimlərdən biri filosof Fridrix Nitseyə məxsusdur: “Bizi öldürən hər şey bizi daha güclü edir”.

Bu mülahizə hamının karına gəlir. Ərdoğanın da.

Hərbçilər cümə gününə keçən gecə hakimiyyəti ələ keçirib Ərdoğanı devirməyə cəhd etdi, lakin nəticədə onu daha da gücləndirdilər. Adamlar hərbçilərə qulaq asmadı və evlərində gizlənmədilər. Onlar Ədalət və İnkişaf partiyasına (ƏİP) qulaq asıb küçələrə tökülüşdülər. Onlar tankların deyil, Ərdoğanın başına cəmləşdilər.

Ərdoğan xilas oldu. Lakin Türkiyə batmağa davam edir.

Bu dəhşətli hadisələr Ərdoğanı dəyişməyəcək. Yalnız onun əl-qolunu daha çox açacaq. Daha böyük avtoritarlıq üçün bəhanəsi olacaq.

Ərdoğan ağıllanmayacaq, saysız-hesabsız səhvlərinin siyahısını tutmaycaq, Türkiyəni sürüklədiyi hərc-mərclikdən çıxara bilməyəcək. Axı bunun üçün möhkəmləndirici başlanğıc olması, təkbaşına rəhbərlik iddialarından imtina, demokratiyanı möhkəmləndirmək, xarici siyasətdə avantüraya son qoymaq, təcrid etdiyi ələvi və kürdlərə qucaq açmağı lazımdır.

O bu cür çevriliş etməyə qadir deyil.

Məsələn, çevriliş cəhdindən sonra ilk çıxışında hətta qiyama görə günahı Fətula Gülənin üzərinə yıxmağa və hərc-mərcliyin baş günahkarı özünün olduğu faktını ört-basdır etməyə çalışdı.

O ki ağ vərəq kimi tərtəmizdir.

Günah həmişəki kimi Gülənin və “Türkiyənin güclü olmasını istəməyənlərin üzərinə düşür”.

Tükiyənin hər şeydən çox barış və sabitliyə ehtyacı var. Ərdoğan və ƏİP-in öz səylərini məhz buna cəmləməyi lazımdır.

Lakin bunu etməyəcəklər.

Ərdoğan daha da avtoritar olacaq.

Azadlığı daha çox məhdudlaşdıracaq.

Etibar əldə edib xalq kütlələrini öz ətrafında cəmləyərək konstitusiyanı öz təsəvvürünə görə formalaşdırılmasını sürətləndirəcək.

Həmçinin mümkündür ki, səs-küy yatanda səs üstünlüyünü daha da artırmaq üçün seçkilərə gedəcək. Və qışqıraraq canfəşanlıq edib bu qədər uzun müddət haqqında danışdığı əksəriyyəti əldə edəcək.

Bunu nə iqtisadiyyat, nə sakitlik, nə də ölkədəki daxili barışıq üçün yaxşı yenilik adlandırmaq olar.

Bu, Ərdoğan və ƏİP üçün də ən əlverişli yenilik deyil.

Baş verənlər Ərdoğanın zəifləməsinin deyil, hədsiz dərəcədə güclənməyinin nəticəsidir. Ərdoğan nə qədər güclüdürsə, xaos bir o qədər böyükdür.

ƏİP sıralarında bunu anlayan və bu haqda düşünən, heç olmasa, tək bir  Allah qulu varmı?

Ötən gecənin ən tragikomik hadisəsi demokratiyanın Abdulla Gül, Əhməd Davudoğlu, Əbdülqadir Selvi (“Hürriyet”-in köşə yazarı-tərc.) kimi peryğəmbərlərini ağzından eşitmək mümkün olan sözlərdir: “Türkiyə Latın Amerikası və yaxud Afrika ölkəsi deyil”.

Yaxşı, amma bu ölkə hansındandır?

Xalqı qeyri-demokratik çevrilişlə qeyri-demokartik rejim arasında seçim etməyə məcbur edənlərə əsla ayıb deyil.

Bu uğursuz çevriliş cəhdi göstərdi ki, Türkiyədə hərbi despotizim dövrü bundan sonra dönməz şəkildə keşmişə vardı.

Bəs vətəndaş despotizmi necə?

Deyəsən, bu dövr heç vaxt bitməyəcək.

 

Tərcümə Strateq.az-ındır.