Döyüş təyyarələri Türkiyə səmasında – Ərdoğan əmr verdi

0
7

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin ölkənin hava məkanının keşiyini çəkməsi barədə əmr verib.

Bu barədə Adalonu Agentliyi məlumat yayıb. Məlumata görə, patrul uçuşları hava məkanına nəzarət və təhlükəsizliyin təminatına yönəlib.

Xatırladaq ki, iyulun 16-da Türkiyədə hərbi çevriliş cəhdi olub. Qarşıdurmalar əsasən Ankara və İstanbulda baş verib. Türkiyə hakimiyyəti hücumun yatırıldığını elan edib. Son məlumatalara görə, hadisə nəticəsində 290 nəfər ölüb, təxminən 1440 nəfər yaralanıb.