Türkiyədə hərbi çevrilişə cəhdin baş verdiyi gecə Muğlanın Dalaman aeroportundan havaya qalxan prezident Rəcəb Tayyib Ərdoğanın pilotu ilə Atatürk hava limanı arasında rabitə danışıqları olub.
Rabitə danışığında pilot hava limanında vəziyyəti öyrənərək enmək üçün icazə istəyib.
Axar.az bildirir ki, daha sonra pilot qiyamçıların anlamaması üçün təyyarənin çağırış kodu olan “Türkiş 8456” ifadəsin işlədib:
Pilot: Türkiş 8456.
Dispetçer: Hava yolları 8456, xoş gördük. Sizi dinləyirəm.
Pilot: Yaxınlaşma tələb edirik.
Dispetçer: Aydındır. Atatürk üçün yaxınlaşma tələb edirsiniz?
Pilot: Yaxınlaşma və eniş tələb edirik. Dispetçer: Aydındır. Ankaradan son vəziyyət sizə çatdırılıb? Mülki şəxslərlə bağlı vəziyyət barədə sizə məlumat verilib?
Pilot: Biz hazırıq. Eniş hissəsində Qüllə ilə əlaqə qura bilərik? Yoxsa, siz idarə edəcəksiniz?
Dispetçer: Qüllə ilə əlaqə qurmaqda heç bir problem yoxdur. Enişlə əlaqədar hər şey qaydasındadır.Yalnız aerodromda təhlükəsizliyə əmin deyilik.
Pilot: Aydındır. Enişlə bağlı yeni məlumat olsa, xəbər edərsiniz.
Dispetçer: Təkrar edirəm, 0-5-ə ensəniz “Yanke”, 3-5-ə ensəniz “Viktor” olacaq.