Türkiyədəki “İncirlik” hərbi aviabazasında keçirilmiş əməliyyat zamanı çevrilişə cəhddə iştirak etməkdə şübhəli bilinən bir neçə hərbçi saxlanılıb.
“Reuters” xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, əməliyyat zamanı bazanın fəaliyyəti dayandırılmayıb.
Mövlud Çavuşoğlu əlavə edib ki, əməliyyatdan sonra Türkiyə ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə birlikdə İŞİD-lə mübarizədə iştirakını davam etdirmək niyyətindədir.