ABŞ-dan Türkiyəyə cavab gəldi:”Dəlilləri təqdim edin”

0
9

Fəthullah Gülənin Türkiyəyə verilməsinə dair ABŞ xarici işlər naziri Con Kerridən açıqlama gəlib.

Lent.az-ın məlumatına görə, Kerri Lüksemburqa səfəri zamanı media nümayəndələrinə bildirib ki, Gülənin Türkiyəyə verilməsinə dair hər hansı  bir rəsmi tələb almayıblar.

O, eyni zamanda bildirib ki, qiyamla bağlı aparılan araşdırmalarda Türkiyəyə kömək etməyə hazırdırlar:

“Gülən haqqında veriləcək sualların olduğunu təxmin edirik. Düzü, həmişə elədiyimiz kimi, yenə də Türkiyə hökumətinə bildiririk ki, bununla bağlı dəlilləri bizə təqdim etsinlər”.

Onu da qeyd edək ki, bu gün Çanakkalada keçirilən mətbuat konfransındaTürkiyənin baş naziri Binəli Yıldırım deyib ki, radikal islamı təbli edən, Türkiyədəki hərbi çevrilişdə ittiham edilən Fətullah Güləni gizlədən bir ölkə (ABŞ) Ankaranın dostu ola bilməz. Onun sözlərinə görə, Türkiyə hökuməti əmindir ki, çevrilişi məhz prezident Rəcəb Tayyib Ərdoğana müxalif olan “Hizmət” təşkilatının üzvləri təşkil ediblər. Bu təşkilat isə hazırda Amerikanın Pensilvaniya ştatında yaşayan Gülən tərəfindən idarə olunur.

Onu da xatırladaq ki, Türkiyə 2014-cü ilin dekabrında Gülən barəsində rəsmi axtarış elan edib.