Müdafiə Nazirliyindən KİV-ə müraciət:“Anonim məlumatlar yaymayın”

0
9

Müdafiə Nazirliyi yerli KİV-lərə müraciət edib.

Nazirliyin müraciətində cəbhəboyu zonada vəziyyətin həssaslığını nəzərə alaraq məlumat yayımı zamanı diqqətlə olmağa çağırır.

“Anonim və qeyri-rəsmi mənbələrdən əldə edilən hərbi məlumatların əksər hallarda araşdırılmadan qeyri-dəqiq formada yayılmasının düşmənin maraqlarına xidmət etdiyini nəzərə alaraq, bu mövzuda xəbərlərin Müdafiə Nazirliyinin rəsmi açıqlaması olmadan və dəqiqləşdirmə aparılmadan ictimailəşdirilməsinin qarşısının alınması tövsiyə edilir”.