Azərbaycanda 2016-cı ilin ilk 5 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 25,0 min nikah və 5,2 min boşanma halları qeydə alınıb.
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 6,2, boşanmaların sayı isə 1,3 olub.
Cari ilin yanvar-may ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1400 nəfər gələn və 626 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 774 nəfər təşkil edib.