Elnarə dördüncü dəfə ana oldu

0
7

Müğənni Elnarə Xəlilova dördüncü dəfə ana olub. Bu gecə onun üçüncü oğlan övladı dünyaya gəlib.

Azinforum.az xəbər verir ki, dünən Elnarə xalq artisti Faiq Ağayevlə səsyazma studiyasında mahnı yazdırıb. Studiyadan çıxan zaman yıxılıb. Ciddi zədə almayan müğənnini evə gətiriblər. Gecə saat 03:33-də isə uşaq dünyaya gəlib. Qeysəriyyə yolu ilə doğulan körpənin boyu 52 sm, çəkisi 3.600 kq-dır. Elnarə üçüncü oğluna Ərtoğrul adını qoyacağını açıqlayıb.

Xatırladaq ki, Elnarə Xəlilova tele-jurnalist Rövşən Cahangirovla ailəlidir. Onların Burlaxatun adlı 1 qızı, Tuğər və Öndər adlı 2 oğlu var.