Dəhşətli zəlzələ baş verəcək – Milyonlarla insan öləcək

0
9

ABŞ-ın Kolumbiya universitetinin geofizikləri dəhşətli zəlzələ proqnozlaşdırıblar.

Nature Geoscience jurnalında dərc olunan məqalədə bildirilir ki, qaçılmaz təbii fəlakət Banqladeşdə 140 milyondan çox insanın həyatına son qoyacaq.

Təbii fəlakətin səbəbi kimi Hind-Avstraliya tektonik plitəsinin Birma plitəsinin altına düşməsi göstərilir. Tədqiqatın nəticələrinə əsasən, plitələrin enməsi yalnız materikdə deyil, həm də Hind okeanında baş verir.

Alimlərin hesablamalarına görə, yeraltı gərginlik son 400 il ərzində davam edir. Banqladeşdə yerləşən 26 seysmoloji stansiya tədqiq edilmiş sahadə tektonik plitələrin nisbi hərəkatının ildə beş santimetr sürətlə dəyişdiyini göstərir.

Bildirilir ki, təbii fəlakət ərazi coğrafiyasının kəskin dəyişikliyi ilə müşahidə olunacaq. Yeraltı təkanların maqnitudası 9 bal gücündə olacağı təxmin edilir.


Qara xətlər ilə potensial təhlükəli zonalar işarələnib
Foto: Michael Steckler / Lamont-Doherty Earth Observatory


Qırmızı xətt ilə işarələnən ərazidə zəlzələ qurbanlarının sayı 140 milyon nəfərə çata bilər
Foto: Chris Small / Lamont-Doherty Earth Observatory

Alimlər hesab edirlər ki, təhlükə altına ən çox Banqladeş və Hindistanın şərqində yaşayan əhali düşəcək, zəlzələnin episentri isə Banqladeşin paytaxtı Dəkkə şəhəri olacaq. Banqladeşin iqtisadi inkişafının zəif olması fəlakətin proqnozlaşdırılmasını və əhalinin müdafiəsini çətinləşdirir.

Hazırda Banqladeşdə 168 milyondan çox insan yaşayır.

Qeyd edək ki, 2004-cü ildə Hind-Avstraliya tektonik plitəsinin enməsi sualtı zəlzələ və sunamini yaradıb. Bir neçə saat ərzində Hindistan, İndoneziya, Tailand və Şri-lankada 230 mindən çox insan həlak olub.