İŞİD böyük şəhərlər üçün təhlükəyə çevriləcək…

0
11

İŞİD terrorçu qruplaşması üzvlərini 2 il öncə qurduğu “xilafətin” çökməsinə hazırlayır.

Bu barədə The Washington Post məlumat yayıb. Məlumata görə, İŞİD liderləri sosial şəbəkələrdəki xəbərləri və Suriyadakı fəaliyyətləri zamanı mövqelərini itirmələri təsiri bağışlayırlar. Bundan əlavə, İHC İnc. analitik şirkətinin məlumatına əsasən, 2016-cı ilin ilk 6 ayı ərzində “xilafət”in ərazisi daha 12 faiz azalıb. Lakin torpaqlarını itirməsinə baxmayaraq qruplaşma fəaliyyətini davam etdirir.

Terrorizmlə mübarizə üzrə ixtisaslaşmış amerikan mütəxəssislər hesab edirlər ki, İŞİD-in ötən ay İstanbul və Bağdaddakı hücumları İraq və Suriyada hərbi yer dəyişikliklərinə cavab olub.

Analitiklərin fikrincə, tutulmuş ərazilərlə kvazi-dövlət quran qruplaşma ən azı 3 qitədə ofis və bölmələri olan dağılmış kölgə halında şəbəkəyə çevriləndə, böyük ehtimalla, bu kimi terror aktları davam edəcək və hətta güclənəcək. Beləliklə, bir tərəfdən “xilafət”in itirilməsi İŞİD-ə zərbə vuracaq, onun pul əldə etmək, yeni gələnləri öyrətmək və çətin terror aktlarını planlaşdırmasını məhdudlaşdıracaq. Digər tərəfdən isə qruplaşmanın desentralizasiya olunması onun təhlükəli olaraq qalmasından xəbər verir.

Mütəxəssislər Suriyadakı antiterror əməliyyatlarının uğurundan sonra terrrorçuların intiqamının başlamasından ehtiyat edirlər. Onların fikrincə, artıq terrorçular başqa taktikalar seçəcək, böyük şəhərlərdə daha gizli və məkrli əməliyyatlar həyata keçirəcəklər.