1990-cı ilin yayı… Naxçıvan şəhərində, Nazirlər kabinetinin qarşısında aclıq aksiyası keçiririk. Sağımda əyləşmiş ağsaqqalımız, Culfa lokomotiv deposunun maşinisti Mahmud Rzayevdir. Cavan oğlan da culfalıdı, İlham. Arxada Yaycı kəndinin gözəl ağsaqqallarından olmuş Abbas ustadır. Allah Mahmud əmi və Abbas ustaya rəhmət eləsin.
Aksiyanın tələbi Moskvada-Lefertovo həbsxanasında saxlanılan Etibar Məmmədov, Rəhim Qazıyev və Fərəməz Allahverdiyevin azadlığa buraxılması idi.