Azərbaycanlı futbolçunu qətlə yetirən erməniyə 13 ilhəbs tələbi

0
9

Rusiyanın Yekaterinburq şəhər məhkəməsində azərbaycanlı futbolçu Emil Hüseynovu qətlə yetirməkdə ittiham olunan erməni Tiqran Çiçakyanın məhkəməsi davam edib.

Prokuror Çiçakaynın 13 il azadlıqdan məhrum olunmasını tələb edib.

Məlumata görə, Hüseynovun ölümüylə bağlı hadisə keçən ilin aprelində Yekaterinburq şəhərində yerləşən “U Saşi” kafesində baş verib. Mübahisə zəminində Çiçakyan azərbaycanlı futbolçunu bıçaqla qətlə yetirib(lent.az).